...

Azərbaycan prezidentinə "Ecovitrin" jurnalının "İlin Siyasətçisi" mükafatı verilib

Siyasət Materials 12 İyul 2006 18:36 (UTC +04:00)

Azərbacan prezidenti İlham Əliyevə Türkiyənin "Ecovitrin" jurnalının "İlin Siyasətçisi" nominasiyası üzrə mükafat verilib. Bu barədə Trend ə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu bildirib.

Onun sözlərinə görə, mərasim İstanbulun ən nüfuzlu otellərindən biri olan "Qrand Cavahir"də keçirilib. Mükafatlandırma mərasimində Türkiyə və Azərbaycanın tanınmış siyasət və ictimaiyyət xadimləri iştirak edib.

Qeyd edək ki, mərasim Azərbaycan prezidentinin BTC boru kəmərinin açılışında iştirak etmək üçün Türkiyəyə etdiyi səfər çərçivəsində baş tutub. Günün birinci yarısında dövlət başçısı və onu müşayiət edən hökumət üzvləri və rəsmilər İstanbulun Sarıyer rayonunda keçmiş Azərbaycan prezidenti Heydər Əliyevin heykəlinin, eləcə də onun adını daşıyan park və prospektin açılışında iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti