...

Rəfael Hüseynov: "Ermənistanın vandalizm aktlarını araşdırmaq üçün bölgəyə ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən ekspertlər qrupu göndərilməlidir"

Siyasət Materials 31 İyul 2006 12:14 (UTC +04:00)
Rəfael Hüseynov: "Ermənistanın vandalizm aktlarını araşdırmaq üçün bölgəyə ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən ekspertlər qrupu göndərilməlidir"

Ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərdə törətdikləri yanğınları araşdırmaq üçün ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən ekspertlər qrupu yaradılmalıdır. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebinin məlum məsələ ilə bağlı Ermənistan və Azərbaycan arasında birgə komissiyanın yaradılması təşəbbüsünə münasibət bildirərkən qeyd edib.

R.Hüseynov qeyd edib ki, Azərbaycan ermənilərin vandalizm aktlarını yetərincə beynəlxalq təşkilatlar qarşısında qaldıraraq, onları ifşa edib: "Ermənistan artıq Dağlıq Qarabağ problemində uduzduğunu dərk edib. Ancaq bu təxribatlarını həmişə davam etdirəcək. Mən ikitərəfli komissiyanın yaradılmasına etiraz etmirəm. Amma ermənilərin vandalizm aktlarını araşdırmaq üçün benyləxldaq təşkilatların espertlərinin bölgəyə gəlməsi daha vacibdir".

Millət vəkili bildirib ki, ermənilərin yanğınlar törətmələri ilə bağlı AŞPA-ya 8 sənəd təqdim ediblər: "Yanğınların qarşısını almaq, onu söndürmək mümkündür. Ancaq ermənilərin Azərbaycanın su hövzələrinə axıtdıqları zəhərli maddələrin qarşısını almaq çətindir. Ermənilərin Azərbaycanın genofonduna zərbə vurma siyasəti hərbi təcavüzü ilə bərabər tutulmalıdır".

Xəbər lenti

Xəbər lenti