...

"Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumu Təşkilat Komitəsinin iclası keçirilib

Siyasət Materials 4 Sentyabr 2006 17:45 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini Etibar Məmmədovun təşəbbüsü ilə Bakıda keçiriləcək "Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumu ilə bağlı Təşkilat Komitəsinin sentyabrın 4-də iclası keçirilib. Bu barədə Trend ə Təşkilat Komitəsindən məlumat verilib.

Təşkilat Komitəsi tərəfindən Güney Azərbaycandan olan və ayrı-ayrı xarici ölkələrdə yaşayan 50-yə yaxın siyasətçi və ziyalılara dəvətlər göndərilib, eyni zamanda Etibar Məmmədovun bir sıra tanınmış soydaşlarımızla telefon əlaqləri olub. Dəvətlər göndərilmiş soydaşlarımızın bir qismindən artıq Foruma qatılacaqlarını təsdiq edən yazılı cavablar alınıb.

Dəvət olunanlar Forumun vacibliyini və əhəmiyyətini qeyd edərək öz təkliflərini də Təşkilat Komitəsinə təqdim ediblər. Həmçinin Təşkilat Komitəsi tərəfindən ölkə başçısına, parlament üzvlərinə, Xarici İşlər Nazirliyinə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomatik korpusun nümayəndələrinə, insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, eləcə də bütün siyasi partiyalara dəvətnamələrin göndərilməsi qərara alınıb.

Qeyd edək ki, sentyabrın 12-də Bakıda "Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumu keçiriləcək. Tədbirdə Güney Azərbaycanda gedən milli hərəkat, onun bugünkü problemləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti