...

Sosial siyasət komissiyasının iclası keçirilib

Siyasət Materials 8 Dekabr 2006 19:19 (UTC +04:00)

Dekabrın 8-də Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclası keçirilib. Komissiyanın sədri, deputat Hadı Rəcəbli bildirib ki, iclasın gündəliyinə dörd məsələ daxil edilib.

Bunlar "MDB iştirakçısı olan dövlətlərlə humanitar əməkdaşlıq haqda" sazişə əlavə və dəyişikliklər, "Beynəlxalq övladlığa götürməyə dair" Konvensiyaya Azərbaycanın bəyanatlarında dəyişiklik olunması haqda, Əmək Məcəlləsində dəyişiklik və Onkoloji xəstələrə pulsuz yardım göstərilməsinə dair məsələlərdir.

Müzakirələrdən sonra qeyd olunan məsələlər qəbul olunub və sənədlərin parlamentin müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti