...

Naxçıvan şəhərinin orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində vərəm əleyhinə profilaktiki tədbirlər həyata keçirilib

Siyasət Materials 14 Dekabr 2006 16:56 (UTC +04:00)

Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin ibtidai siniflərində vərəmin ilkin diaqnozu məqsədilə profilaktiki tədbirlər həyata keçirilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, vərəmin ilkin diaqnostikasını nəzərdə tutan peyvənd əməliyyatlarının Naxçıvan şəhərində iki mərhələdə 17 məktəbdə, 4092 ibtidai sinif şagirdinə tətbiq edilməsi nəzərdə tutulmuşdu.

Şagirdlərdə ilkin vərəmin aşkarlanması üçün diaqnoz məqsədilə dəri altına tuberkulin sınaq peyvəndi vurulmasının dekabrın 5-də başa çatan ilk mərhələsində 1976 nəfərə peyvənd olunub. Növbəti mərhələdə isə 2116 məktəbliyə sınaq peyvəndlərin vurulması başa çatdırılıb. Tədbirlər planına əsasən, şübhəli bilinən şagirdlər ağciyər xəstəlikləri dispanserinə müayinəyə göndərilib.

Qeyd edək ki, vərəm əleyhinə profilaktiki tədbirləri Naxçıvan şəhərində Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasında təşkil edilən xüsusi briqada həyata keçirib.

Xəbər lenti

Xəbər lenti