...

Səhiyyə naziri Gəncəyə səfər edəcək

Siyasət Materials 19 Dekabr 2006 17:37 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncəyə səfər edəcək. Bu barədə məlumatı Trendə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev verib.

Müsahibin sözlərinə görə, nazirin gəlişində məqsəd şəhərin səhiyyə ocaqlarının vəziyyəti ilə tanışlıqdır. Nazirin Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına, diaqnostika Mərkəzinə və şəhərin tibb müəssələrinə baş çəkəcəyi gözlənilir.

Bundan başqa O. Şirəliyev Azərbaycan Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardımın 12 saylı regional şöbəsinin açılışında da iştirak edəcək. Sahəsi 675 m2 olan şöbə 19 otaqdan ibarətdir. Burda reanimasiya, travmatologiya və cərrahiyə otaqları var. Şöbə müasir avadanlıqlarla təçhiz olunub.

Nazir səfəri çərçvəsində Gəncə şəhər Səhiyyə İdarəsinə yeni təcili tibbi yardım avtomobili də təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti