...

Rəşid Nurqaliyev: Rusiya ilə Azərbaycanın daxili işlər nazirliklərinin səmərəli əməklaşlığı nəticəsində Rusiya ərazisində 58 cinayətkar saxlanılıb

Siyasət Materials 22 Dekabr 2006 12:00 (UTC +04:00)
Rəşid Nurqaliyev: Rusiya ilə Azərbaycanın daxili işlər nazirliklərinin səmərəli əməklaşlığı nəticəsində Rusiya ərazisində 58 cinayətkar saxlanılıb

Rusiya Federasiyası ilə Azərbaycanın daxili işlər nazirliklərinin səmərəli əməklaşlığı nəticəsində Rusiya ərazisində 58 cinayətkar saxlanılıb. Trend in xəbərinə görə, bu barədə dekabrın 22-də Bakıda rəsmi səfərdə olan Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyevlə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov arasında keçirilmiş görüşdə rusiyalı nazir məlumat verib.

R.Nurqaliyev hər iki dövlətin daxili işlər nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə müşahidə olunan müsbət proseslər barədə danışıb. Nurqaliyev dekabrın 22-də daxili işlər nazirlikləri arasında imzalanan protokola da münasibət bildirib və qeyd edib ki, bu protokol iki ölkənin eyni qurumları arasında əməkdaşlığın daha da sıx şəkildə davam etməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovla rusiyalı həmkarı Rəşid Nurqaliyev arasında hər iki ölkədə cinayətkarlıqla mübarizənin nəticələri barədə məlumat mübadiləsi aparılıb. Həmçinin əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə vəziyyəti, ictimai təhlükəsizliyin təmin olunması üzrə birgə səyləri və müasir çağırışlara, təhdidlərə və dəyişikliklərə qarşı fəaliyyətin gücləndirilməsi üzrə adekvat tədbirlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti