...

Milli Məclis prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 22 Dekabr 2006 17:29 (UTC +04:00)

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu qəbul olunub.

Trend xəbər verir ki, Milli Məclisin iclasında ilk olaraq bu təkliflə iqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı çıxış edib. O vurğulayıb ki, dekabrın 24-də prezident İlham Əliyevin 45 yaşı tamam olur. "Dekabrın 22-də keçirdiyimiz iclas bu həftə baş tutacaq sonuncu iclasdır. Ona görə də təklif edirəm ki, prezidentə təbrik məktubu göndərək."

X.Kazımlının təklifini deputatlar alqışlarla qarşılayıblar və Milli Məclisin sədri

Oqtay Əsədov da bu təklifə müsbət yanaşıb.

Milli Məclisin prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda dövlət başçısına uzun ömür, can sağlığı və işlərində uğurlar arzulanır.

Xəbər lenti

Xəbər lenti