...

Vitse-spiker seçiciləri ilə görüşüb

Siyasət Materials 3 Fevral 2007 11:28 (UTC +04:00)

102 saylı Samux-Şəmkir dairəsindən deputat seçilmiş, Milli Məclis sədrinin müavini Ialeh Ələsgərov Şəmkir rayonunda seçiciləri ilə görüş keçirib. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Şəmkir rayonunun Qaracəmirli, Qasım İsmayılov, Talış və Qılıncbəyli kəndləri sakinlərinin iştirakı ilə keçirilən görüşdə I.Ələsgərov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Görüşdə Qaracəmirli kəndinin icra nümayəndəsi Şiraslan Eminov, Qasım İsmayılov kənd icra nümayəndəsi Məmməd Namazov, məktəb direktoru Fəridə Cəfərova və başqaları çıxış edərək problemlərdən danışıb, kənd yollarının asfaltlanması, qaz xətlərinin dəyişdirilməsi, habelə məktəb və xəstəxanaların təmiri ilə bağlı arzu və təkliflərini səsləndiriblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Ieysov qaldırılan məsələlərin həll olunacağını deyib.

Xəbər lenti

Xəbər lenti