...

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası protokol imzalanması ilə başa çatıb

Siyasət Materials 7 Fevral 2007 18:56 (UTC +04:00)
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası protokol imzalanması ilə başa çatıb

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bu gün İslamabadda keçirilən dördüncü toplantısı Protokolun imzalanması ilə başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayev məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə ticarət, elm və texnologiya, rabitə, kənd təsərrüfatı, maliyyə, bank sahəsi, əmək, təhsil, səhiyyə, idman və turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər daxil idi. Bundan başqa, tərəflər energetika və təbii sərvətlər sahəsində əməkdaşlığın inkişafı imkanlarını nəzərdən keçiriblər.

S.Rzayevin sözlərinə görə, iclasın yekunlarına görə komissiyanın hər iki tərəfdən həmsədrləri - Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və neft və təbii sərvətlər naziri Əmanulla Xan Cadun bəyanatla çıxış edib və ticari-iqtisadi münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını bildiriblər.

Xatırladaq ki, hər iki tərəfdən komissiyaya müxtəlif nazirliklərin, o cümlədən, Müdafiə Sənayesi, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil, İqtisadi İnkişaf, Səhiyyə, Maliyyə, Kənd Təsərrüfatı və b. nazirliklərin rəsmi şəxsləri daxil olub. Həmçinin komissiyanın növbəti iclasının 2010-cu ildə Bakıda keçirilməsi haqqında razılıq əldə olunub.

S.Rzayev qeyd edib ki, iclas zamanı həmçinin informasiya texnologiyaları məsələləri üzrə məsləhətləşmələr keçirilib, o cümlədən beynəlxalq telefon danışıqlarının tariflərinin aşağı salınması məsələsi müzakirə olunub. Kənd təsərrüfatı, bank sahəsi kimi sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Pakistan tərəfi bank əməkdaşlarının ixtisasının artırılması kurslarını təşkil etməyi təklif edib.

Diplomat bildirib ki, elə bu gün Azərbaycan hökumətinin nümayəndə heyəti Azərbaycanın Pakistandakı yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti