...

ABŞ müdafiə naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Siyasət Materials 12 Fevral 2007 12:56 (UTC +04:00)

ABŞ-ın müdafiə nazirinin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə müşaviri Piter I. Rodmanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr idarəsinin başçısı Conatan Henik məlumat verib.

Nümayəndə heyətinin tərkibinə ABŞ müdafiə naziri müşavirinin siyasi-hərbi məsələlər üzə müavini Maykl Kolter, ABŞ müdafiə naziri müşavirinin Avrasiya üzrə müavini Maykl Dyuqal da daxil olub.

Pentaqonun nümayəndə heyəti Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərində görüşlər keçirəcək. Onlar həmçinin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) də görüşlər keçirəcəklər.

P.Rodman ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik strategiyası və siyasətinin formalaşdırılması və koordinasiyası, Avropa və NATO, Avrasiya, Yaxın Şərq və Afrika üzrə məsuliyyət daşıyan prinsipial müşaviridir. Rodmanın Azərbaycandakı görüşləri təhlükəsizlik tərəfdaşlığı və hərbi əməkdaşlığı müzakirə etməklə yanaşı, terrorizmə qarşı mübarizəni, İraq və Əfqanıstanda koalisiya səyləri və regional təhlükəsizliyi də əhatə edəcək.

Nümayəndə heyətinin Azərbaycana səfəri sabah başa çatır.

Xəbər lenti

Xəbər lenti