...

Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 15 Fevral 2007 11:08 (UTC +04:00)

AFR-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Almaniya kansleri Angela Merkellə Berlində keçirilən görüşündən sonra hər iki başçı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqlarını ifadə edib. Almaniya kabineti başçısı bildirib: "Biz ölkələr arasında iqtisadi münasibətlərin genşləndirilməsinə böyük maraq göstəririk".

"İTAR-TASS" agentliyinə istinadən Trend xəbər verir ki, hazırda Avropa İttifaqında sədrlik edən Almaniyanın hökumət başçısının fikrincə, Azərbaycan böyük enerji təhlükəsizliyinin təmin edilməsində Avropa İttifaqına yardım göstərə bilər. Angela Merkel qeyd edib ki, bu planda bir neçə variant mövcuddur, belə ki, yeni neft kəmərlərinin tikintisi aparılır.

İlham Əliyev İranın nüvə proqramına dair danışıqlarda Avropa İttifaqının vasitəçilik rolunun fəallaşdırılması fikri ilə çıxış edib. Azərbaycan prezidenti ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinin gələcək inkişafının vacibliyini də qeyd edərək əmin edib ki, yaxın beş il ərzində Avropa İttifaqının "yaxın qonşuluq siyasəti"ndən irəli gələn vəzifələr yerinə yetiriləcək.

Xəbər lenti

Xəbər lenti