...

Sərdar Cəlaloğlu: "Rəsul Quliyevin ADP-dən çıxarılması onun özünün yol verdiyi səhvlərin nəticəsidir"

Siyasət Materials 19 Fevral 2007 18:58 (UTC +04:00)
Sərdar Cəlaloğlu: "Rəsul Quliyevin ADP-dən çıxarılması onun özünün yol verdiyi səhvlərin nəticəsidir"

Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) fevralın 19-da keçirilən birgə iclasında Rəsul Quliyevin partiyadan xaric olunması haqqında qərar qəbul olunub və hadisələrin bu həddə gəlib çatması onun yol verdiyi səhvlərin nəticəsidir. Trend in məlumatına görə, bu barədə fevralın 19-da partiya qərərgahında keçirdiyi mətbuat konfransında ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu deyib ki, R.Quliyev son dövrlər partiya daxilində qeyri-konsturuktiv mövqe tutduğuna, partiya üzvləri arasında və təşkilat daxilində parçalanma, qarşıdurma və şübhə yaratdığına, partiya sədri kimi səlahiyyətlərindən sui-istifadə etdiyinə və Nizamnaməni pozduğuna və səlahiyyətlərini yerinə yetirmədiyinə görə ADP sıralarından xaric olunub.

O, qeyd edib ki, bir qrup adamın fevralın 18-də ADP Ali Məclisinin iclası adı altında keçirdiyi toplantıda Ali Məclisin yalnız 20 üzvü iştirak edib.

"ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi və Mrəkəzi Nəzarət-Təftiş Komissiyası əvvəlcədən xəbərdarlıq etmişdi ki, kim partiya adından keçirilən qeyri-qanuni toplantılarda iştirak etsə, həmin şəxslər ən ciddi formada cəzalandırılacaq. Rəsul Quliyev, Yaqub Abbasov, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova. Zakir Abbasov və Jalə Cəfərova həmin toplantıya qatıldıqlarına görə ADP sıralarından xaric olunublar. Nizamnaməyə uyğun olaraq digər şəxslər barədə tədbir görülməsi üçün rayon təşkilatlarına lazımı tapşırıqlar verilib", deyə S.Cəlaloğlu vurğulayıb.

Onun sözlərinə görə, ADP adından qeyri-qanuni danışanlarla bağlı tədbir görülməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti