...

CI Sigorta şirkəti mülkiyyət formasını dəyişib

Siyasət Materials 21 Fevral 2007 20:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ CI Sigorta şirkəti mülkiyyət formasını dəyişərək Azerbaycan Senaye Sigorta ASC kimi adını dəyişib. Bu barədə şirkətdən məlumat verilib.

2006-cı ildə sığorta mükafatlarının həcmi 2005-ci illə müqayisədə 578 min manat azalaraq 1723 min manat təşkil edib.

Sığorta yığmalarının 92%-i - 1580 min manat həcmində yük nəqliyyatının, 131 min manat yanğından sığortalanmanın payına düşüb.

Ötən il ərzində şirkət 335 min manat həcmində ödəmələr həyata keçirib. Bunların arasında 304,7 min manat yük nəqliyyatı, yol qəzalarından 25,3 min manat, avtonəqliyyat sahiblərinin məcburi vətəndaş məsuliyyətinin sığortalanması 5 min manat ödənilib.

Maliyyə Nazirliyinin göstəricilərinə əsasən 2006-cı ildə şirkətin sığorta mükafatları 1,72 milyon manat, sığorta ödəmələri 0,34 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti