...

Azərbaycan prezidenti yayda Qazaxıstana rəsmi səfər edəcək

Siyasət Materials 27 Fevral 2007 12:37 (UTC +04:00)
Azərbaycan prezidenti yayda Qazaxıstana rəsmi səfər edəcək

Azəbaycan, Bakı / Trend müxbir K.Konırova/ Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin iyun-avqust ayları ərzində Qazaxıstana rəsmi səfər edəcək. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 27-də Astanada keçirilən brifinqdə bildirib.

Qazaxıstanın XİN başçısı Murat Tajinlə danışıqların yekunu üzrə Azərbaycan naziri qeyd edib ki, Azərbaycan prezidentinin Astanaya rəsmi səfəri ilə bağlı məsələlər müzakirə olunub.

İlkin razılaşma belədir ki, prezident İlham Əliyevin səfəri iyun-avqust aylarında olacaq, lakin dəqiq tarix hələ müəyyənləşdirilir.

Bundan başqa, görüşdə neft-qaz sektorunda Qazaxıstan və Azərbaycanın əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti