...

Prezident İlham Əliyev: Azərbaycan sosial sahəyə qoyulan vəsaitləri artıracaq

Siyasət Materials 1 Mart 2007 12:17 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan sosial sahəyə qoyulan vəsaitləri artıracaq

Azərbaycan,Şamaxı/müxbir Trend A.İsmayılova/Azərbaycan sosial sahəyə qoyulan vəsaitləri artıracaq. Bu barədə bu gün Şamaxıda müalicə-diaqnostika mərkəzinin fundamentinin təməl qoyma mərasimində İlham Əliyev bəyan edib. Say hesabı ilə doqquzuncu olan bu cür obyektin tikintisi və avadanlıqların alımnmasına Azərbaycan Dövlət Neft Şirkəti 5 milyon manat ayırıb. Xəstəxananın açılışı bir ildən sonra planlaşdırılıb. İlham Əliyevin sözlərinə görə, sosial-iqtisadi inkişaf çərçivəsində bu cür sosial obyektlərin tikintisi məhz Azərbaycanın rayonlarında başlanılıb, belə ki, burada səhiyyənin səviyyəsi qənaətbəxş deyil. Prezidentin sözlərinə görə, Azərbaycanın neft sahəsində, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərində əməkdaşlığı hesabına ölkənin böyük maliyyə imkanları yaranıb.

"Bizim bütün istiqamətlərdə hazır proqramlar və fəaliyyət planımız var. Bu yaxınlarda Azərbaycan regionlarının sosil-iqtisadi inkişafı Proqramının üç illiyi qeyd olunub. Son üç ildə Azərbaycanın bütün regionlarını əhatə edən bir çox işlər görülüb. Əgər hər bir rayon iqtisadi baxımdan güclü olsa, bu ölkənin ümumi inkişafına təsir edəcək və bunun üçün bütün imkanlar mövcuddur", deyə İlham Əliyev bəyan edib.

O, həmçinin qeyd edib ki, büdcə müəssisələrin əmək haqları ildə ən azı iki dəfə artırılır.

Prezident həmçinin vurğulayıb ki, Azərbaycan neft faktorunu çox düzgün istifadə edir, ölkə regionda böyük layihələrin təşəbbüskarıdır və bu da bir sıra problemlərin həllini asanlaşdırır.

Qeyd edək ki, İlham Əliyev Şamaxıda tikintisi may ayına planlaşdırılmış məişət avadanlıqları zavodunun tikintisinin gedişi ilə tanış olub. Zavodda hər il 300 min kodisioner, 200 min soyuducu və 150 paltaryuyan maşının istehsalı nəzərdə tutulub. Zavodda 1500 nəfər işləyəcək. Zavod üçün avadanlıq Yaponiya, Tayland, İtaliya və ABŞ-dan gətirilib.

Xəbər lenti

Xəbər lenti