...

YAP rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki konfransları martın sonuna qədər yekunlaşacaq

Siyasət Materials 1 Mart 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki konfransları martın sonuna qədər yekunlaşacaq. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, 83 rayon və şəhər təşkilatından 68-də hesabat-seçki konfransları keçirilib. 15 yerli təşkilatlarda isə konfranslar mart ayında baş tutacaq.

"Hesabat-seçki konfransları YAP Nizamnaməsi, İdarə Heyətinin tövsiyyələri, İcra Katibliyinin hazırladığı təlimatlar əsasında keçirilib. Konfranslarda partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri və millət vəkilləri iştirak ediblər. Konfranslar yüksək səviyyədə baş tutub", deyə YAP rəsmisi əlavə edib.

H.Paşayevin sözlərinə görə, 12 rayon və şəhər təşkilatına yeni sədr seçilib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir hakim partiya olan YAP-ın sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti