...

NATO Azərbaycanla fərdi tərəfdaşlığın yeni fəaliyyət planını imzalayacaq

Siyasət Materials 15 Mart 2007 18:01 (UTC +04:00)
NATO Azərbaycanla fərdi tərəfdaşlığın yeni fəaliyyət planını imzalayacaq

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ NATO rəhbərliyi bu yaxınlarda Azərbaycanla fərdi tərəfdaşlığın yeni fəaliyyət planını imzalamağı planlaşdırır. Bu barədə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşündə məlumat verib.

NATO rəsmisi bu planın Azərbaycan dövlətinin ümummilli mənafeyi baxımından daha mükəmməl olacağına inandığını deyib: "Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar NATO nümayəndəsi olaraq məni sevindirir".

Əbiyev öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin təhsil sisteminin tam şəkildə NATO standartları ilə işlədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti