...

Milli Məclisin sədri Koreyanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 15 Mart 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Koreya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-Çulla görüşündə belə deyib.

O.Əsədov bildirib ki, ötən ildən başlayaraq Bakıda Koreya səfirliyinin fəaliyyətə başlaması da bu ölkənin Azərbaycanla əməkdaşlığa göstərdiyi diqqətdən xəbər verir.

Spiker vurğulayıb ki, əlaqələrin inkişafında dövlət başçılarının görüşləri və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. O.Əsədov bildirib ki, əlaqələrin dərinləşməsində parlamentlər də mühüm rol oynayır. Ona görə də Milli Məclisdə Koreya ilə əlaqələr üzrə parlamentlərarası işçi qrupu fəaliyyət göstərir: "Hesab edirəm ki, Koreya parlamentində də belə bir qrupun yaradılması ümumi işin xeyrinə olardı. Bizim nümayəndə heyətlərimiz BMT, Parlamentlərarası İttifaq kimi mötəbər beynəlxalq təşkilatlarda faydalı əməkdaşlıq edirlər. İqtisadi, humanitar sahələrdə əməkdaşlıq üçün potensial imkanlar mövcuddur."

Səfir vəzifəsində Koreya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın inkişafı göz önündədir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşdirilməsi üçün xalqlarımızın rifahı naminə mövcud imkanlardan istifadə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti