...

Böyük Quruluş Partiyasının sədri Əmlak Komitəsinə sorğu göndərib

Siyasət Materials 17 Mart 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə deputat sorğusu göndərib. Bu barədə F.Qəzənfəroğlu məlumat verib.

O bildirib ki, BQP-nin müvafiq qərargahla təmin olunması üçün Əmlak Komitəsinə müraciət ünvanlayıb, lakin onlara təklif edilən yerlər qərargah üçün əlverişli deyil. BQP-nin qərargah problemi ilə bağlı Qəzənfəroğlu Dövlət Komitəsinə deputat sorğusu göndərib.

Qəzənfəroğlu deyib ki, müraciətə cavab verilmədiyindən o, yenidən deputat səlahiyyətlərindən istifadə edib Dövlət Komsitəsinə sorğu göndərəcək. BQP sədri qərargahla təmin edilmə məsələsinin həllini yalnız hüquqi yolla mümkün sayır: "Biz etiraz aksiyaları, piketlər keçirmək fikrində deyilik. Çünki bu üsullarla indiyədək heç kimə qərargah verilməyib".

Xəbər lenti

Xəbər lenti