...

Gürcüstan, Azərbaycan və Qazaxıstanın baş nazirləri aprelin 4-də Bakıda görüşəcəklər

Siyasət Materials 28 Mart 2007 12:52 (UTC +04:00)
Gürcüstan, Azərbaycan və Qazaxıstanın baş nazirləri aprelin 4-də Bakıda görüşəcəklər

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın baş naziri Zurab Noqaideli aprelin 4-də bir günlük səfərlə Bakıya gələcək. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətinin məlumatına əsasən, həmin gün Bakıya Qazaxıstanın baş naziri Kərim Məsimov da gələcək. Görüşdə Cənubi Qafqaz nəqliyyat dəhlizinin fəaliyyəti məsələləri müzakirə olunacaq.

Bu yaxınlarda Gürcüstanın baş naziri qeyd edib ki, Avropa-Asiya nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün bütün əlaqədər məsələləri müzakirə etmək lazımdır.

Bakıdan Gürcüstan baş naziri və onun qazax həmkarı Tiflisə gedəcək, orada ikitərəfli formatda danışıqları davam etdirəcəklər. Tiflisdə həmçinin Gürcüstan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti