...

AŞPA Monitorinq Komitəsində Azərbaycanın öhdəlikləri müzakirə edilib

Siyasət Materials 28 Mart 2007 17:05 (UTC +04:00)
AŞPA Monitorinq Komitəsində Azərbaycanın öhdəlikləri müzakirə edilib

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin martın 28-də Strasburqda keçirilən iclasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə dair məruzə müzakirə olunub. Bu barədə Trend ə eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məlumat verib.

S.Səmədov bildirib ki, Monitorinq Komitəsində aparılan müzakirələr çox konsturuktiv keçib. "Biz müzakirələrin konsturuktiv keçəcəyini gözləyirdik və bu belə də oldu. Monitorinq Komitəsinin iclasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı həmməruzəçilərin hazırladıqları məruzə müzakirə olundu. İclasda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel çıxış etdi. Digər məruzəçi Toni Lloyd iclasa qatıla bilmədiyinə görə məktub göndərmişdi. Onun məktubu iclasda oxundu. Çünki bu, çox əhəmiyyətli bir məsələ idi. İclasda çıxış edənlər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi səviyyəsini yüksək qiymətləndirdilər", -deyə Səməd Seyidov əlavə edib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, müzakirələrdən sonra Azərbaycan tərəfinin təklifləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər nəzərə alınmaqla ölkəmizin öhdəlikləri üzrə məruzənin AŞPA-nın aprel ayında keçiriləcək yaz sessiyasında müzakirəyə çıxarılması haqqında qərar qəbul olunub.

S.Seyidov qeyd edib ki, həmməruzəçilərin hazırladıqları sənədi Azərbaycan üçün qaneedici saymaq olar: "Məruzə konstruktiv tənqidə məruz qala bilər. Amma ümumilikdə bu sənəd bizim üçün qaneedicidir."

Nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, Azərbaycan parlamentində baş verən son hadisə və deputat Nüseyn Abdullayevin həbs olunması məruzəyə daxil edilməyib və Monitorinq Komitəsində müzakirə edilməyib.

Xəbər lenti

Xəbər lenti