...

Azərbaycanın daxili işlər naziri: "Əfqanıstanın müvafiq nazirliyi ilə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaranıb"

Siyasət Materials 7 İyun 2007 12:34 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri: "Əfqanıstanın müvafiq nazirliyi ilə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaranıb"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Əfqanıstan Daxili İşlər Nazirlikləri arasında gələcək əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaranıb. Bu bəyanatla cümə axşamı Azərbaycanın daxili işlər naziri Ramil Usubov əfqanıstanlı həmkarı Zərar Əhməd Moqbil ilə görüşündə çıxış edib. Nazirin sözlərinə görə, Azərbaycanın əfqan xalqına münasibəti müsbət olub. Bu baxımdan da Əfqanıstanda sabitliyin yaranması üçün Azərbaycan əsgərləri digər sülhməramlı qüvvələrlə birgə həmin ölkədə xidmət edir.

Usubov bildirib ki, 1990-ci ilin əvvəllərində Azərbaycanda da kriminogen durum gərgin olub və nəzarətdən çıxıb. Sonradan aparılan mübarizə nəticəsində kriminogen durum sabitləşib və hazırda hər bir vətəndaş gecələr küçələrdə rahat gəzə bilir.

Azərbaycan əsgərlərinin Əfqanıstanda sülhün bərqərar olmasında iştirakına görə təşəkkürünü bildirən Zərar Əhməd Moqbil Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişafına nail olacağını bildirib. Onun sözlərinə görə, Əfqanıstanın indiki iqtidarı hakimiyyətə gəldikdən sonra ölkənin polis orqanlarını yenidən təkmilləşdirib.

Zərar Əhməd Moqbilin Azərbaycana səfəri dünəndən başlayıb. Bu, Əfqanıstan daxili işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir.

Xəbər lenti

Xəbər lenti