...

"Bizim Azərbaycan" blokunun növbəti iki il müddətinə sədri seçilib

Siyasət Materials 3 Sentyabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan "Bizim Azərbaycan" blokunun növbəti iki illiyə sədri seçilib. Bu barədə bazar ertəsi Trend ə həmin blokdan məlumat verilib.

"Bizim Azərbaycan" blokunun yeni sədrini müəyyənləşdirmək üçün bazar günü toplantı keçirilib. Toplantıda blokun Əsasnaməsinə dəyişikliklər edilib, sədrlik müddəti bir ildən iki ilə qədər artırılıb.

Sədrliyə iki nəfər - Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənovun namizədliyi verilmişdi. Lakin ötən həftə keçirilmiş seçkidə hər iki namizəd bərabər səs topladığına görə sentyabrın 2-də seçkinin ikinci turu keçirilib. İkinci turda Həsənov öz namizədliyini geri götürüb və Bəyturan seçkinin qalibi olub.

Həmçinin blokun Sədrlər Şurasının yeni qərarına əsasən, növbəti iki il üçün (2009-2011-ci illər) sədrlik Həsənova təklif ediləcək.

Bundan başqa qərara alınıb ki, blok gələnilki prezident seçkilərində Bəyturanın, parlament seçkilərində Həsənovun rəhbərliyi altında iştirak etsin.

Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda səkkiz partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti