...

Azərbaycanın əməkdar artisti Nazpəri Dostəliyeva yardım edəcək

Cəmiyyət Materials 5 Oktyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Özü də nə-az, nə-çox, düz 500 ailəyə. Bu haqda TrendLife-məlumat verən müğənninin mətbuat katibi Cavanşir Babəlioğlu, yardımın Ramazan bayramı münasibəti ilə ediləcəyini diqqətə catdırdı : "Bu artıq neçənci dəfədir ki, Nazpəri xanım belə bir xeyriyyəçilik missiyasında bulunur. Düzdür, bunun reklam olunmasını da heç vaxt istəməyib. Ancaq xəbər sizə də gəlib çıxdığından, deyə bilərəm ki, yardım aksiyası 6 oktyabr tarixində İmişli rayonunda baş tutacaq. Orada yaşayan təxminən 500 ailəyə bayram sovqatı aparılması nəzərdə tutulur. Aparılacaq yardımın, demək olar ki, hamısı ərzaq məhsulları olacaq".

"Nazpəri xanım sabah İmişlidə hansısa konsert proqramı ilə çıxış edəcəkmi?"- sualına Babəlioğlunun cavabı belə oldu: "Yəqin ki, yox. Çünki, bu sırf xeyriyyə marafonu olacaq. Nazpəri xanım yalnız apardığı sovqatla imişlililəri sevindirəcək"

Xəbər lenti

Xəbər lenti