...

Gəncədə diabetli xəstələrin sayı artıb

Cəmiyyət Materials 6 Oktyabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Endokrinoloji Xəstəxanasında gün ərzində ən azı 3-4 nəfər diabetdən əziyyət çəkən yeni xəstələr qeydiyyata alınır, şənbə günü xəstəxananın baş həkimi Süleyman Piriyev bildirib. Onun sözlərinə görə, yanvar-sentyabr aylarında paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə daha 561 diabetli xəstə qeydiyyata alınıb.

"Ötən il yeni qeydiyyata alınan şəkərli xəstələrin sayı 413 nəfər olub. Hazırda Gəncədə ümumilikdə 5788 diabetli xəstə qeydiyyatdadır" Piriyev deyib.

Gəncədə diabetli xəstələrin 10 faizi azyaşlı, 60 faizi isə qadınlardır. Şəhərdə şəkərli xəstələrin sayı hər il təxminən 13 faiz artır.

Piriyev bildirib ki, xəstələrin artma tempi bu cür davam etsə, yaxın illərdə şəhər əhalisinin təxminən 70-80 faizi diabetdən əziyyət çəkəcək.

Xəbər lenti

Xəbər lenti