...

Əməkdar artist Brilyant Dadaşova "Akademik"lə kamera önünə keçəcək

Cəmiyyət Materials 8 Oktyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Azərbaycanın əməkdar artisti Brilyant Dadaşova "Vüsal körpüsü" adlanan yeni mahnısına klip çəkdirir. Lirik notlar üzərində yazılan bu mahnıya 2 rejissor ekran həyatı verəcək.Bunlardan biri Ülviyyə Könül, digəri isə Samir Fərzəlibəyovdur. Bu barədə məlumat verən müğənni TredLife-a bildirdi ki, ekran işində o, "Akademiya" müsabiqəsinin finalçılarından biri olan Erkin Osmanlı ilə tərəf müqabili olacaq: "Erkin çox bacarıqlı və istedadlı bir ifaçıdır. Diqqətli tamaşaçılar mütləq onun xarici görünüşünü "Akademiya" mahnı yarışmasından yadda saxlayıblar. Məncə, bu gəncin çox böyük gələcəyi olacaq. Bir açıqlamanı da edib, vurğulayıram ki, yaxın vaxtlarda rəhbəri olduğum həmin müsabiqənin digər qalibləri ilə də yaradıcılıq işlərimiz olacaq".

Xəbər lenti

Xəbər lenti