...

Luis Felipe Skolari: "Bakıda məğlub olacağımız təqdirdə güclü rəqibə təslim olmuş olacağıq"

Cəmiyyət Materials 12 Oktyabr 2007 14:03 (UTC +04:00)
Luis Felipe Skolari: "Bakıda məğlub olacağımız təqdirdə güclü rəqibə təslim olmuş olacağıq"

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Əgər biz Bakıda xal itirəriksə, bu o deməkdir ki, həmin görüşdə Azərbaycan yaxşı oyun nümayiş etdirib". Bu barədə Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari oktyabrın 13-də Avropa-2008 çempionatının Bakıda baş tutacaq seçmə oyunu ərəfəsində keçirilən mətbuat konfransında bildirib.

Məşqşçi həmçinin bildirib ki, meydan sahibləri adəti üzrə doğma meydanda uğurla çıxış edirlər və onlar artıq finlər üzərində qələbə çala biliblər. "Biz oyuna çox ciddi yanaşırıq. Düzdür, Serbiya və Polşa ilə keçirilən görüşlərdə qalib gələ bilmədik, lakin biz bunu faciəyə çevirmək istəmirik, belə ki, biz kifayət qədər güclü rəqiblərlə mübarizə apardıq" - deyə braziliyalı mütəxəssis qeyd edib.

O həmçinin qeyd edib ki, mühitə uyğunlaşmaq və matça yaxşı hazırlaşmaq üçün portuqallar Bakıya vaxtından əvvəl gəlib. "Biz bu qaydaya həmişə əməl edirik, bu səbəbdən də bizim erkən gəlişimizi başqa cür izah etməyə çalışmaq lazım deyil" - deyə Skolari bildirib.

Xəbər lenti

Xəbər lenti