...

Konstitusiya Məhkəməsinin sədri: "Azərbaycanda hakimlərin cəzalandırılması ilə bağlı tətbiq olunan mexanizm daha işlək olmalıdır" (video)

Cəmiyyət Materials 17 Oktyabr 2007 18:25 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin sədri:  "Azərbaycanda hakimlərin cəzalandırılması ilə bağlı tətbiq olunan mexanizm daha işlək olmalıdır" (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycanla bağlı işlərin icraata götürülməməsi üçün, yerli hakimlər işə daha diqqətli və obyektiv baxmalıdır, çərşənbə günü jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda hakimlərin cəzalandırılması ilə bağlı tətbiq olunan mexanizm daha işlək olmalıdır.

"Hakimin müstəqilliyi o demək deyil ki, özbaşınalığa, hüquq pozuntusuna yol verilə bilər"- Abdullayev deyib.

Avropa Məhkəməsi Azərbaycana qarşı 6 qərar qəbul edib. Qəbul olunan qərarlar İnsan Haqları və Azadlıqları Haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının, sərbəst toplaşmaq, yığıncaqlar və birləşmə azadlıqlarının, işgəncələrin qadağan olunması maddələrinin pozuntusu ilə bağlıdır.

Abdullayev bildirib ki, tətbiq olunan mexanizm əsasında Azərbaycanda bir sıra hakimlər cəzalandırılıb, bəziləri isə təkrar seçkiyə buraxılmayıb.

Xəbər lenti

Xəbər lenti