...

Çağırış kuboku başlandı

Cəmiyyət Materials 20 Oktyabr 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı / TrendLife müxbir V. İmanov/ Bu gün "Xəzər" İntellektual Gənclər Klubu və Bakı şəhər Gənclər və idman Baş idarəsinin təşkilatçılığı ilə İntellektual Çoxnövçülük üzrə Çağırış kuboku erudit kvartet oyunu ilə Azərbaycan dillər universitetində start götürdü. Bu haqda TrendLife-a "Xəzər" İntellektual gənclər klubunun prezidenti Seymur Teymurov xəbər verib.

Turnirdə 20 komanda iştirak etdi. Komandalar 4 qrupda mübarizə apardılar. Oyunlar mövzu rəngarəngliyi və iştirakçıların parlaq oyunu ilə yadda qaldı. Bilicilərin fərdi intellekt göstəriciləri komanda oyunu ilə tandem təşkil edirdi. Hər qrupdan növbəti mərhələyə cəmi bir komandanın çıxacağı hamıya bəlli olduğundan mübarizə çox gərgin keçdi.

Nəticədə, qrup oyunlarının qalibləri olan "X", "Y", "Z", "G" komandaları turnirin final mərhələsinə vəsiqə qazandılar. Final çox yadda qalan oldu. Beləki, gah bir, gah da digər komanda təşəbbüsü ələ keçiririrdi. Sonadək kimin turnirin qalibi olacağı sual altında idi. Nəhayət, Erudit Kvartet oyununun qalibi digər rəqiblərini üstələyən "X" komandası oldu. İkinci yerə "Y", üçüncü mükafata isə "Z" komandası sahib çıxdı.

Sabah - turnirin ikinci günü "Nə? Harada? Nə zaman?" oyunu üzrə yarış keçirilicək. II Çağırış Kubokunun qalibi isə məhz intellektual oyunların şahı hesab olunan "Nə? Harada? Nə zaman?" üzrə yarışın qalibi olacaqdır.

Xəbər lenti

Xəbər lenti