...

Prokuror azərbaycanlı politoloqa 6 il iş istəyib

Cəmiyyət Materials 2 Aprel 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Prokuror azərbaycanlı politoloqa 6 il iş istəyib.

Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğluna prokuror iş istəyib.

Proses aprelin 9-da hökmün elan olunması ilə yekunlaşacaq.

Novruzoğlu Cinayət Məcəlləsinin hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma (320.1-ci), (bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələrilə ittiham olunub.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Novruzoğlu barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub.

Novruzoğlu ötən il iyulun 13-də saxlanılıb.

Novruzoğlu ölkədə daha çox iqtidarın mövqeyini müdafiə edən politoloq kimi tanınıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti