...

Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrinə yeni təcili tibbi yardım maşınları verilib

Cəmiyyət Materials 16 Aprel 2008 09:53 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 16 aprel / Trend , müxbr E.Məmmədov/ Naxçıvan MR tibb müəssisələrinə yeni təcili tibbi yardım maşınları verilib. Almaniyanın "Mersedes-Benz" firmasından alınmış iki ədəd Reanimobil Sprinter markalı təcili tibbi yardım maşını Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə verilib.  Bu avtomobillərdə rentgen aparatı var və səyyar şəraitdə cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Həmçinin burada suni tənəffüs aparatı, defibrilyator, infuziya nasosu, elektrokardeoqrafiya, elektrosorucu, şinalar, boyun karsetləri və digər tibbi avadanlıqlar xəstəyə yüksək səviyyədə ilkin tibbi yardım göstərməyə imkan verir.

Bundan əlavə 8 ədəd Mersedes-Benz Vito tipli təcili yardım maşınlarının 6-sı Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə, ikisi isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə və Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına verilib.

Culfa rayonunun Yaycı kənd ambulatoriyasına, Ordubad rayonunun Sabirkənd həkim amblulatoriyasına, Kəngərli rayonunun Çalxanqala kənd sahə xəstəxanasına, Şərur rayonunun Tumaslı kənd sahə xəstəxanasına, Məhkəmə Tibbi Ekspert və Pataloji Anatomiya Birliyinə, Şərur rayon Mərkəzi Xəstəxanasına da  təcili tibbi yardım avtomobilləri verilib.

Xəbər lenti

Xəbər lenti