...

Yeni tədris ilindən Azərbaycanın orta məktəblərində futbol dərsləri keçiriləcək - AFFA-nın prezidenti

Cəmiyyət Materials 24 Aprel 2008 17:37 (UTC +04:00)
Yeni tədris ilindən Azərbaycanın orta məktəblərində futbol dərsləri keçiriləcək - AFFA-nın prezidenti

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Yeni tədris ilindən Azərbaycanın orta məktəblərində futbol dərsləri keçiriləcək. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 18-də ölkədə futbolun inkişafına dair 2005-2015-ci illər dövlət proqramını təsdiq edilib. Dövlət proqramında uşaq futbolunun inkişafı, orta məktəblərdə futbol dərslərinin keçirilməsi, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, futbol üzrə mütəxəssislərin hazırlanması kimi məsələlərin həlli əksini tapıb.

Abdullayev deyib ki, orta məktəblərdə futbol dərslərinin keçirilməsi uşaq, nəticədə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək.

Təhsil Nazirliyinin Tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri Ağababa İbrahimov cümə günü Trend a bildirib ki, gələn tədris ilindən aşağı siniflərdən başlayaraq futbol dərsləri keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti