...

Azərbaycanın Mətbuat Şurası qəzetlərin küçə satışı ilə bağlı problemin aradan qaldırıldığını bildirir

Cəmiyyət Materials 28 Aprel 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir S.İlhamqızı/ Qəzetlərin küçə satışı ilə bağlı problem aradan qaldırılıb. Bu barədə Trend a Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

Onun sözlərinə görə, çap məhsullarının satışı ilə məşğul olan firmalar tərəfindən Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub, firmalar küçələrdə qəzetlərin əl yayımına qadağalar olduğunu, sıxışdırıldığını bildiriblər.

Amaşov bu gün daxili işlər nazirinin müavini Əsgər Ələkbərov və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovla əlaqə saxlayıb, qəzet satışının məhdudlaşdırılması ilə bağlı narahatlıqları onların diqqətinə çatdırıb.

Amaşovun sözlərinə görə, nazir müavini, həmçinin polis rəisi küçələrdə qəzet satışına heç bir qadağa tətbiq edilmədiyini, problemin yanlış anlaşıldığını bildiriblər.

"Mənə bildirildi ki, qəzet satışına qadağa qolyulmayıb, küçələrdə yalnız kənd təsərrüfatı məhsullarının satışı məhdudlaşdırılıb ki, bu da sanitar qaydalarla bağlıdır. Sabahdan qəzetlərin satışı isə davam edə bilər. Demək olar ki, artıq bu sahədə problem yoxdur"-deyə Amaşov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti