...

Azərbaycanlı hüquq müdafiəçiləri Avropa Şurasına korrupsiya ilə mübarizə proqramı təklif edirlər

Cəmiyyət Materials 28 Aprel 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin monitorinqini gücləndirmək lazımdır. Bu barədə bazar ertəsi hüquq müdafiəçisi Arzu Abdullayeva Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişlə görüşdən sonra jurnalistlərə bildirib.

"Biz korrupsiya ilə mübarizə üzrə real proqramın həyata keçirilməsini təklif etdik", - Abdullayeva bildirib.

O, həmçinin görüşdə insan hüquqları və həbs edilmiş jurnalistlərlə bağlı məsələlərin müzakirə edildiyini qeyd edib.

Nazirlər Komitəsinin sədri həbs edilmiş jurnalistlərin məsələsini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib.

Abdullayeva əlavə edib ki, hüquq müdafiəçiləri seçkilər zamanı beynəlxalq müşahidəçilərin yerli müşahidəçilərlə sıx əməkdaşlıqda işləmələrini təklif ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti