Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nərimanov rayonunda 11-ci sinif şagirdi özünü 9-cu mərtəbədən ataraq intihar edib.
Nərimanov Rayon Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu II sülh döngəsi, 2 a saylı binanın 32-ci mənzilində yaşayan Fərid Ağakişibəyov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hələlik intiharın səbəbləri məlum olmasa da, mərumun valideynləri onun psixiatr yanına müalicəyə getdiyini, sinif yoldaşları isə Ağakişibəyovda son vaxtlar dəyişiklik olduğunu deyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]