...

Azərbaycanın bir qrup jurnalisti mükafatlandırılıb

Cəmiyyət Materials 21 İyul 2009 15:47 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Birliyinin təsisçiliyi ilə bu gün 2009-cu il üçün "Həsən bəy Zərdabi" mükafatının təqdimat mərasimi keçirilib.
Azərbaycanın bir qrup jurnalisti mükafatlandırılıb

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Jurnalistlər Birliyinin təsisçiliyi ilə bu gün 2009-cu il üçün "Həsən bəy Zərdabi" mükafatının təqdimat mərasimi keçirilib.

"Biz obyektiv seçim etmişik və müxtəlif sahələrdə işləyən jurnalistlər mükafatlandırılıb", -  Trend -un məlumatına görə, çərşənbə axşamı keçirilən təqdimat mərasimində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

Trеnd Nеws-un аrаyışı: İyulun 22-də Azərbaycan Milli Mətbuatının 134-cü ildönümü qeyd olunacaq.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çoх tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Azərbaycanın Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın inkişafına göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.

Azərabycan Milli Elmlər Akademiyasının əməkdaşı Pərvanə Məmmədli "Cənubi Azərbaycan mətbuat tarixi" kitabına, "Turan" İnformasiya Agentliyinin əməkdaşı Elxan Kərimov fotoreportajlarına, İctimai Televiziyanın əməkdaşı Əli Əhmədov iqtisadiyyatla bağlı verilişlərinə, Azər Qəribov ("Qərib Azər Prodakşn") silsilə proqramlarına, "Zerkalo" qəzetinin əməkdaşı Vüqar Zeynalov idmanla bağlı məqalə və şərhlərinə, müstəqil jurnalist Natiq Zərbəliyev Azərbaycanda avtomobil jurnalistikasının inkişafına, "Konsilium" jurnalının əməkdaşı Nazim Məmmədov tibb sahəsi ilə bağlı yazılarına, "Şəfəq" qəzetinin əməkdaşı Qəhrəman Qasımov isə Quba bölgəsinin ictimai-sosial həyatına dair məqalələrinə görə "Həsən bəy Zərdabi" mükafatına layiq görülüblər.

"Həsən bəy Zərdabi" mükafatı ötən əsrin 90-cı illərinin sonlarında təsis olunub. Mükafat sərbəst nominasiyalar üzrə verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti