...

Yanvar ayında Sumqayıtda 10 min ədəd yeni ağac əkilib

Cəmiyyət Materials 18 Yanvar 2010 11:23 (UTC +04:00)
2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar Sumqayıtda şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə yanvarın 9-dan şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib.
Yanvar ayında Sumqayıtda 10 min ədəd yeni ağac əkilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend /

Yanvar ayında Sumqayıtda 10 min ədəd yeni ağac əkilib.

2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar Sumqayıtda şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə yanvarın 9-dan şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməcilik ötən şənbə günü yanvarın 16-da baş tutub. İməcilikdə şəhərin bir sıra idarə, müəssisə və təşkilatları iştirak edib. İməcilik zamanı şəhərin H.Əliyev prospektində, Şirvan yaşayış massivində, Sülh və Metallurq küçələrində, 5-ci və 18-ci məhəllələrdə, eyni zamanda, məktəb və xəstəxanaların ətraf ərazilərində ümumilikdə 5000 ədəd ağac əkilib.

Cari ilin yanvar ayı ərzində ümumilikdə şəhər ərazisində 10 min ədədə qədər yeni ağac əkilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti