...

Bu ilin birinci rübündə yeni təyin olunan əmək pensiyaları üzrə orta aylıq məbləğ 161,4 manat manat təşkil edib

Cəmiyyət Materials 17 May 2010 11:03 (UTC +04:00)
Bu ilin birinci rübünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq pensiya məbləgi 101,02 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 161,4 manat manat təşkil edib. Bu isə ötən il "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklər zamanı irəli sürülən səmərəli təkliflərin gercəkləşməsinin əyani göstəricisidir.Bu barədə bazar ertəsi Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib.
Bu ilin birinci rübündə yeni təyin olunan əmək pensiyaları üzrə orta aylıq məbləğ 161,4 manat manat təşkil edib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Bu ilin birinci rübünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 101,02 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 161,4 manat  təşkil edib. Bu isə ötən il "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklər zamanı irəli sürülən səmərəli təkliflərin gercəkləşməsinin əyani göstəricisidir. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Bu ilin yanvarın 1-dən tətbiqinə başlanılan "Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişikliklər Azərbaycanda yeni təyin olunan pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə artımına gətirib çıxarıb.

Yeni qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodu ilə bağlı olurdu. Əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi.

Babayev deyib ki, yeni qaydalar isə bütün bu çatışmazlıqları tam aradan qaldırıb. Hazırda pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır. Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da, vətəndaşın bütün işlədiyi dövrdə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.

Yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına da imkan verir və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu da yaxın gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti