...

Bakı Şəhər Prokurorluğunun qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib

Cəmiyyət Materials 31 May 2010 14:01 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini, 27 yaşlı Mahir Əsgərovun cəzasının ağırlaşdırılması ilə bağlı prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib.
Bakı Şəhər Prokurorluğunun qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Bağırov/

Bakı Şəhər Prokurorluğunun zorlamada və qəsdən adam öldürməkdə təqsirli bilinən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini, 27 yaşlı Mahir Əsgərovun cəzasının ağırlaşdırılması ilə bağlı prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib.

Qərara görə, Bakı Şəhər Prokurorluğunun apelyasiya protesti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Əsgərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Əsgərov Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi gülçülük sovxozunda özünə məxsus "VAZ-2106" markalı 10 LX 184 dövlət nömrə nişanlı maşında qısqanclıq zəminində 1981-ci il təvəllüdlü Pərvanə Əliyevanı boğaraq öldürüb, sonra isə üstünə benzin tökərək yandırıb.

Prokurorluq Əsgərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyirdi.

Xəbər lenti

Xəbər lenti