...

Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin görüşü keçirilir

Cəmiyyət Materials 24 İyun 2010 11:45 (UTC +04:00)
YUNESKO-nun xoşməramlı səfirlərinin vəzifələrinə cümə axşamı Parisdəki iclasda baxılacaq. Bu barədə İTAR-TASS yazır. Onun iştirakçıları qarşısında BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə baş direktoru İrina Biokova çıxış edəcək.
Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin görüşü keçirilir

YUNESKO-nun xoşməramlı səfirlərinin vəzifələrinə cümə axşamı Parisdəki iclasda baxılacaq. Bu barədə İTAR-TASS yazır. Onun iştirakçıları qarşısında BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə baş direktoru İrina Biokova çıxış edəcək.

YUNESKO-nun mənzil-qərargahından verilən məlumata görə, hazırda xoşməramlı səfirlər qrupu özündə təhsil, yaradıcılıq və ictimai həyatın müxtəlif sahələrinin 40-a yaxın nümayəndəsini birləşdirir. Onun tərkibinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fransalı astronavt Patrik Bodri, Rusiya Mətbuatı Ümumdünya Assosiasiyasının prezidenti, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, Asiya Fondunun prezidednti, hind yazıçısı Madanjir Sinqh, Nobel Sülh Mükafatının laureatı Nelson Mandela və dünyada təşkilatın ideyalarını yayan digər məşhur ictimai xadimlər daxildirlər.

Parisdə müzakirə olunacaq mövzulardan birininYUNESKO-nun elan etdiyi mədəniyyətlərin yaxınlaşması Beynəlxalq İlinin proqramının həyata keçirilməsi olacaq. Onun keçirilməsi qlobal böhranın sosial və intellektual sahələri əhatə etməsinə, cəmiyyətlər daxilindəki münaqişələrin artmasına cavab olacaq. Beynəlxalq İlin təqviminə ümumdünya təşkilatının bütün məsuliyyyət sahələrində onlarla iri çoxtərəfli aksiyaların keçirilməsi daxildir. Onların tərkibinə təhsil, elm və mədəniyyətlə yanaşı, informasiya və kommunikasiyalar da daxildir. Bu proqram iştirakçı ölkələrlə birgə Parisdəki mənzil-qərargah tərəfindən hazırlanıb.

Xoşməramlı səfirlər qrupu YUNESKO-nun yubileyi ərəfəsində toplaşırlar. İkinci Dünya müharibəsindən dərhal sonra yaradılan universal təşkilat bu il özünün 65 illiyini qeyd edəcək. Bu gün assosiativ iştirakçılar nəzərə alınmaqla o, 200 ölkəni birləşdirir.

Xəbər lenti

Xəbər lenti