...

İran hökuməti qondarma "erməni soyqırımı" haqqında kitabın fars dilinə tərcüməsinə və yayımına icazə verməyib

Cəmiyyət Materials 17 İyul 2010 11:44 (UTC +04:00)
İran hökuməti qondarma "erməni soyqırımı"na dair yazılan kitabın fars dilinə tərcüməsinə və bu ölkədə yayımına icazə verməyib. Bunu kitabı alman dilindən fars dilinə tərcümə edən tərcüməçi Səid Firuzabadi deyib.
İran hökuməti qondarma "erməni soyqırımı" haqqında kitabın fars dilinə tərcüməsinə və yayımına icazə verməyib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir T.Cəfərov/

İran hökuməti qondarma "erməni soyqırımı"na dair yazılan kitabın fars dilinə tərcüməsinə və bu ölkədə yayımına icazə verməyib. Bunu kitabı alman dilindən fars dilinə tərcümə edən tərcüməçi Səid Firuzabadi deyib. Bu barədə Trend ISNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Alman yazıçısı Jacob Kunzlerin "Qan və göz yaşı torpağı" ("In the land of the tears and blood") adlı kitabını tərcümə edərək "Nair" nəşriyyatı tərəfindən çapa icazə almaq məqsədi ilə müraciət etdim, lakin bir ildən artıq gözlədikdən sonra kitabın çapına icazə verilmədi və bu kitabın çapına qadağa qoyuldu", - Firuzabadi deyib.

"Qan və göz yaşı torpağı" kitabı Birinci Dünya müharibəsində ermənilərin Türkiyədə "qətlə yetirilməsi"ndən danışılır.

Firuzabadi İranın Azad İslam Universitetinin professorudur.

İranda kitablar nəşr edilməmişdən öncə bu ölkənin İrşad və Mədəniyyət Nazirliyinin aidiyyəti şöbəsindən rəsmi icazə alınmalıdır.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti