...

Azərbaycanda Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri qeyd olunur

Cəmiyyət Materials 4 Oktyabr 2010 11:44 (UTC +04:00)
Azərbaycanda Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri qeyd olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri qeyd olunur

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günləri qeyd olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Nazirliyin ətraf mühitin mühafizəsi, heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi məqsədlə Altıağac Milli Parkı nəzdində yaratdığı Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası qeyri-qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərini aparır. Ötən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

Heyvan və quş növlərinin öyrənilməsi və mühafizəsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra mütəxəssisləri və QHT nümayəndələri, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib.

3 oktyabr "Birdlife International" təşkilatının təklifi ilə bütün dünyada Ümumdünya Quşların Müşahidəsi Günü kimi keçirilir, 4 oktyabr isə 1931-ci ildən Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti