...

Azərbaycanda xaricdə təhsil alanların işlə təmin olunması ilə bağlı sənədin layihəsi hazırlanıb

Cəmiyyət Materials 6 Oktyabr 2010 16:57 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alanların işlə təmin olunması ilə bağlı sənədin layihəsini hazırlayıb.
Azərbaycanda xaricdə təhsil alanların işlə təmin olunması ilə bağlı sənədin layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alanların işlə təmin olunması ilə bağlı sənədin layihəsini hazırlayıb. Bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

"Bu sənəd bütün idarələrlə razılaşdırılıb və baxılması üçün hökumətə təqdim edilib", - nazir qeyd edib.

Onun sözlərinə görə, indi xarici ali məktəblərin 43 məzunundan əksəriyyəti dövlət proqramı üzrə iş əldə ediblər.

Bu il 200-ə yaxın tələbə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricə göndərilib. Hazırda bu proqram çərçivəsində 500-ə yaxın tələbə xaricdə təhsil alır.

Xəbər lenti

Xəbər lenti