...

Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan müraciətlərin əksəriyyəti fəaliyyəti dayandırılmış ali məktəblərlə bağlıdır

Cəmiyyət Materials 7 Oktyabr 2010 15:53 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan müraciətlərin əksəriyyəti fəaliyyəti dayandırılmış ali məktəblərlə bağlıdır.
Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan müraciətlərin əksəriyyəti fəaliyyəti dayandırılmış ali məktəblərlə bağlıdır

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan müraciətlərin əksəriyyəti fəaliyyəti dayandırılmış ali məktəblərlə bağlıdır. Trend-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxil olan 2083 müraciətdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib.

Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar 600-dən artıq müraciət qəbul olunub.

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğv olunması və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb.

Digər müraciətlər məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə qəbul, tələbələrin köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, şagirdlərin pulsuz dərsliklərlə təminatı, məktəbli forması və başqa məsələlərlə bağlı olub.

Nazirliyin məlumatında qeyd olunub ki, daxil olan müraciətlərin hamısı qeydə alınıb, araşdırılıb, "Qaynar xətt" xidmətinin əməkdaşları və nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti