...

Gürcü jurnalistlər Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2010 11:29 (UTC +04:00)
Gürcü jurnalistlər Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olublar.
Gürcü jurnalistlər Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Gürcü jurnalistlər Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olublar. Trend-in "Tolerance" İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinə istinadən verdiyi məlumata görə, "GO Group" jurnalist təşkilatının dəstəyi ilə 15 nəfərdən ibarət gürcü jurnalist səfər çərçivəsində Marneulidə azərbaycanlı həmkarları və QHT təmsilçiləri ilə görüşüb. Görüşdə azərbaycanlı jurnalistlər və "Mtredi" Demokratik İttifaqı, "Tolerance" İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi və digər QHT nümayəndələri gürcü jurnalistlərə təhsil, din, mətbuat, toponimlər mövzularında təqdimatlar nümayiş etdiriblər.

Gürcü jurnalistləri Faxralı kəndində də olub və bərpası yarımçıq qalmış məscidlə bağlı yerli sakinlərlə söhbət aparıblar.

"GO Group" jurnalist təşkilatının məqsədi ilk növbədə paytaxtdan uzaqda yerləşən region cəmiyyətlərində ətraflı dialoqa, milli azlıqların öz perspektivlərini müəyyənləşdirməsinə və yaşadıqları regionun həyatında daha fəal rol oynamasına imkan yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti