...

Azərbaycanın nazir müavini MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının sədri seçilib

Cəmiyyət Materials 14 Aprel 2011 11:51 (UTC +04:00)
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cümə axşamı Bakıda keçirilən iclasda MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının sədri seçilib.
Azərbaycanın nazir müavini MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cümə axşamı Bakıda keçirilən iclasda MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının sədri seçilib.

"MDB ölkələri ilə idman sahəsində münasibətlərin inkişafı bu ölkələr arasında digər sahələrdə də əlaqələrin inkişafına xidmət edir", - İsmayılov iclasda deyib. O bildirib ki, sədrliyi zamanı şuranın əlaqələrinin genişləndirilməsi üçün özünün bütün potensialından istifadə edəcək və dünyada idmanın inkişafına töhfə verəcək.

"İndi MDB ölkələrinin idman sahəsində birgə işi üçün bütün şərait var", - iclasda azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iclasda deyib.

O, MDB ölkələrinin beynəlxalq qurumlara birgə namizədlərin irəli sürülməsi ilə bağlı fəaliyyətinin koordinasiya edilməsinin zəruriliyini qeyd edib. Rəhimovun sözlərinə görə, MDB ölkələri arasında idman sahəsində əlaqələrin genişləndirilməsi ilə bu ölkələrin idmançılarının beynəlxalq yarışlara daha keyfiyyətli hazırlaşmasına nail olmaq olar.

İdman yarışlarına hazırlıq üçün Azərbaycanda yaradılan şəraiti qeyd edən nazir deyib ki, ölkədə 29 olimpiya komleksi inşa edilib, daha 10-u isə tikiləcək.

Bundan əvvəl, iki il ərzində Şuranın sədri vəzifəsini Belarusun idman naziri icra edib.

Cümə axşamı Bakıda MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının təşkilatın 20 illiyinə həsr edilən iclası keçirilir.

2010-cu ilin mayında Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurası Birliyin 20 illiyini qeyd etmək barədə qərar qəbul edib. MDB ölkələrinin Bədən tərbiyəsi və İdman Şurasının iclasının Bakıda keçirilməsi ilə bağlı qərar 2010-cu ilin mayında şuranın Minskdə baş tutan iclası zamanı qəbul edilib.

Bakıda keçirilən iclasda MDB-nin 9 ölkəsinin nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti