...

Azərbaycan hidrometeoroloqları dumanlı hava şəraiti proqnozlaşdırırlar

Cəmiyyət Materials 15 Aprel 2011 11:39 (UTC +04:00)
Azərbaycan hidrometeoroloqları dumanlı hava şəraiti proqnozlaşdırırlar
Azərbaycan hidrometeoroloqları dumanlı hava şəraiti proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan hidrometeoroloqları sabaha dumanlı hava şəraiti proqnozlaşdırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildirilib ki, aprelin 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10 dərəcə isti, günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti