...

Azərbaycanda təhsillə bağlı ilk virtual qəzet istifadəyə verilib

Cəmiyyət Materials 13 İyun 2011 16:00 (UTC +04:00)
Azərbaycanın ilk virtual qəzeti - "Azərbaycan müəllimi" qəzetinin yeni elektron versiyası oxucuların istifadəsinə verilib.
Azərbaycanda təhsillə bağlı ilk virtual qəzet istifadəyə verilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ilk virtual qəzeti - "Azərbaycan müəllimi" qəzetinin yeni elektron versiyası oxucuların istifadəsinə verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qəzetin ünvanı http://www.muallim.edu.az-dır.

Nazirliyin proqramçıları tərəfindən hazırlanmış yeni elektron versiya qəzetdəki informasiyalarla tam tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir.

Qəzetin saytında materiallar bölmələr üzrə yerləşdirildiyindən məqalələri oxumaq üçün onları tək-tək axtarmaq zərurəti yaranırdısa, yeni virtual qəzetdə bütün səhifələr göz önündədir.

Yeni virtual qəzet "Elektron Azərbaycan" Dövlət Proqramı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq hazırlanıb.

Azərbaycanın mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi yeniliyə imza atan "Azərbaycan müəllimi" qəzetinin bu addımı yalnız geniş oxucu auditoriyası, təhsil işçiləri üçün daha rahat informasiya almaq imkanlarının artırılması, təhsil sahəsində həyata keçirilən islahatların, qazanılmış uğurların ictimaiyyətə çatdırılması yollarının genişləndirilməsi məqsədlərinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti