...

Cenevrədə Xəzər nərələrinin mühafizə edilməsi yolları müzakirə olunur

Cəmiyyət Materials 16 Avqust 2011 11:15 (UTC +04:00)
Cenevrədə Tükənməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyanın Katibliyi (CİTES) Daimi Komitəsinin 65-ci sessiyası öz işinə başlayıb.
Cenevrədə Xəzər nərələrinin mühafizə edilməsi yolları müzakirə olunur

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Cenevrədə kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (CİTES) Daimi Komitəsinin 65-ci sessiyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, sessiyanın gündəliyində fil sümüyü və kərgədanların qeyri-leqal ticarətinin qarşısının alınması məsələləri durur. Kərgədan buynuzu onun ənənəvi tibbi vasitə kimi qiymətləndirildiyi bir çox Afrika dövlətlərində qara bazarın ən gəlirli sahələrindən biridir.

Avqustun 15-də açılan və bu ayın 19-dək davam edəcək sessiyanın iştirakçıları Xəzər dənizindəki nərə balığı kürüsünün ticarəti ilə bağlı vəziyyəti də muzakirə edəcəklər.

CİTES təkcə Konvensiya deyil, o həm də vəhşi heyvanların və bitkilərin beynəlxalq ticarətinin onların nəslinin kəsilməməsini təmin etmək üçün yaradılan təşkilatdır. Konvensiya 1975-ci ildə Vaşinqtonda qəbul edilib. Vəhşi heyvan və bitki növləri CİTES-in siyahısına salınan kimi onların beynəlxalq ticarəti nəzarət predmetinə çevrilir və bu nəzarətin dərəcəsi onun statusundan asılı olaraq nəzarət olunan ticarətdən nəsli kəsilmək təhlükəsi olan nadir bitki, heyvan və balıq növlərinin ticarətinin tam qadağan olunmasınadək dəyişir.

Xəbər lenti

Xəbər lenti